Azərbaycan Kommunist Partiyasının rəhbərliyində təmsil olunan şəxslər rayonlarda müşavirələr təşkil edir. Partiyadan verilən məlumatdan bəlli olur ki, artıq bir neçə rayonda belə müşavirələr keçirilib.
Qeyd edək ki, bu toplantılarda Kommunist Partiyasının sədri, keçmiş deputat Rauf Qurbanov da iştirak edir. Bu arada kommunistlərin belə fəallaşması maraqlı göründüyü qədər də təəccüblüdür. Ancaq diqqəti çəkən başqa bir məqamdır.
Apardığımız müşahidələr zamanı bəlli olur ki, Kommunist Partiyasının rəhbərliyi Sabirabadda təşkil etdiyi zona müşavirəsindən sonra vaxt taparaq Kür çayının sahilinə toplaşıblar. Burada partiyanın 5-6 rəhbər şəxsi gözə dəyib. Onlar əyləşərək yeyib-içiblər. Daha sonra bir yerə toplaşaraq xatirə fotosu çəkdiriblər.
Qeyd edək ki, kommunistlərin zona müşavirələri davam edir. Ancaq maraqlısı budur ki, 2016-cı ildə kommunistlərin qurultayının keçirilməsi planlaşdırılmır
Cavidan