12 İyun 2014 13:32
1 174
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Neft Fondu ilin sonuna kimi 1,8 milyard dolları yuana çevirmək üçün Çinin müvafiq orqanları ilə danışıqlara başlayıb. Bu, çin valyutasının ən mühüm alışlarından biri olacaq.

Teleqraf.com-un xəbərinə görə, məlumatı “Financial Times” yayıb.

“Söhbət əhəmiyyəti artan valyutadan gedir və belə olan təqdirdə, niyə də renminbiyə sərmayə yatırmayaq? Biz lazımi hazırlıqları bitirmək üzrəyik”, - deyə Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Britaniya qəzetinə müsahibəsində bildirib.

Nəzarətsiz maliyyə axınlarının qarşısını almaq üçün və mərkəzi Çin bankı tərəfindən müəyyən edilən məzənnənin çevrilmə qabiliyyətinin gündəlik 2 faiz hüdudlarında tərəddüd edə bilməsi üçün renminbinin (valyutanın rəsmi adı) çevrilmə qabiliyyəti hələ də ölkənin kommunist orqanları tərəfindən idarə edilir. Lakin rəsmi Pekin beynəlxalq arenada valyutasının nüfuzunun artmasını görmək niyyətini gizlətmir.

Beynəlxalq Valyuta Fonduna görə, Nigeriya, Çili, Cənubi Koreya, eləcə də Yaponiyanın mərkəzi bankları öz xəzinələrində qızıl ehtiyatı ilə yanaşı, yuan da saxlayırlar. Bu, həmin ölkələrin Asiya nəhəngi ilə iqtisadi və ticarət əlaqələrinə nə dərəcə əhəmiyyət verdiklərini göstərir.

Səxavət


Müəllif: