Ötən ayən sonlarında Azərbaycanda səfərdə olan Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini Azərbaycanın rəsmi şəxslərilə görüşsə də, siyasi partiya rəhbərlərilə təmasda olmadı.
Azərbaycandan sonra Ermənistanda səfərdə olan xanım Federika Moqerini İrəvanda müxalifət liderlərilə görüşüb, insan haqları, demokratiyanın vəziyyətilə bağlı müzakirələr aparıb. Sual olunur, nə üçün Federika Moqerini Azərbaycanın siyasi partiya rəhbərlərilə görüşməyib?
ReAL Vətəndaş Hərəkatının funksioneri Azər Qasımlı hesab edir ki, MoqerininAzərbaycanın siyasi partiya rəhbərlərilə görüşməməsinin səbəbi müxalifətin zəifliyilə bağlıdır: "Avropa rəsmisi heç bir müxalifət partiyası ilə görüşmədi. Lakin dünən Ermənistan müxalifəti ilə onun görüşü olub. Niyə? Cavabı tam aydındır. Biz güc deyilik, biz söz sahibi deyilik... Olsaydıq bizimlə də görüşərdilər".
A.Qasımlı son günlər ReAL rəhbərliyilə AXCP üzvləri arasındakı qarşıdurmaya da münasibət bildirib: "Mənasız və təşkilatımıza heç bir faydası olmayan ucuz mübahisələrdə iştirak etməməliyik. REAL real siyasətlə məşğul olmalıdır, REAL Partiya olmalıdır. Təəssüf ki, biz əsas gücümüzü müxalifətə qarşı yönəldirik və bir-birimizi ittiham etməklə məşğuluq. Status yazıb kimisə tənqid etməklə biz problemləri həll edə bilmərik".
Ayxan
Ötən ayən sonlarında Azərbaycanda səfərdə olan Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini Azərbaycanın rəsmi şəxslərilə görüşsə də, siyasi partiya rəhbərlərilə təmasda olmadı. Azərbaycandan sonra Ermənistanda səfərdə olan xanım Federika Moqerini İrəvanda müxalifət liderlərilə görüşüb, insan haqları, demokratiyanın vəziyyətilə bağlı müzakirələr aparıb. Sual olunur, nə üçün Federika Moqerini Azərbaycanın siyasi partiya rəhbərlərilə görüşməyib?