SOCAR ilə əldə olunmuş razılaşmadan sonra "Qazprom"dan əlavə qaz almağa ehtiyac qalmayıb.
Bu barədə Gürcüstanın xarici işlər naziri Mixail Canelidzenin SOCAR-la danışıqların yekunu üzrə bəyanatında deyilir.
Nazir qeyd edib ki, Rusiyanın "Qazprom" şirkəti ilə danışıqlar Gürcüstana məxsus infrastruktur vasitəsilə Rusiyadan Ermənistana təbii qaz nəqli şərtləri ilə bağlı aparılıb: "Bu qəbildən olan danışıqlar 2014-cü ildən etibarən hər il keçirilir. Eyni zamanda danışıqlara kəsiri qarşılamaq üçün əlavə təbii qaz həcmlərinin tədarükü imkanını daxil idi. SOCAR ilə imzalanmış saziş nəticəsində "Qazprom"dan əlavə qaz alışına ehtiyac qalmayıb"./Trend/