9 Mart 2016 23:52
457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan prezidenti sabah IV Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Bu barədə prezident administrasiyasından bildirilib. Məlumata görə, forumda Giorgi Marqvelaşvili hazırda fəaliyyət göstərən 70 ölkənin indiki və sabiq prezidentlərinə müraciətlə çıxış edəcək.

Bildirilib ki, Gürcüstan prezidenti çıxışı zamanı diqqəti regiondakı çağırışlara, Qərb və Şərq münasibətlərinə, regionda Gürcüstanın da cəlb olunduğu layihələrə və işğal olunan ərazilərdəki problemlərə yönəldəcək.

Səfər çərçivəsində Gürcüstan prezidenti Azərbaycan prezidenti İlham Əliyev ilə görüşəcək. Onun həmçinin digər ölkələrin prezidentləri ilə təkbətək görüşləri planlaşdırılıb.


Müəllif:

Oxşar xəbərlər