10 Mart 2016 17:15
519
12 Punto 14 Punto 16 Punto 18 Punto

IV Qlobal Bakı Forumu bütün dünyadan olan insanların bir araya gəlib mövcud problemləri müzakirə etməsi və çıxış yollarını axtarması çox əhəmiyyətlidir.

Bunu Kanadanın sabiq baş naziri Jan Kretyen deyib.

J.Kretyen bildirib ki, Asiyadan, Afrikadan, Avropadan, Latın Amerikasından, Şimali Amerikadan və digər bölgələrdən insanlar bir araya gəlib fikir mübadiləsi aparır: "İnanıran ki, danışıqlar və müzakirələr zamanı problemlərin həlli tapıla bilər. Danışıqlar silahdan daha ucuz və təhlükəsizdir. Bu baxımdan bu cür tədbirlər təşkil etməklə Azərbaycan dünyaya mühüm töhfə verir".

Sabiq baş nazir 2016-cı ilin Azərbaycanda multikulturalizm ili elan edilməsini də yüksək qiymətləndirdiyini qeyd edib: "Azərbaycan Prezidenti İlham Əliyevin belə bir qərar verməsi məni çox sevindirdi. Kanada da multikultiral dəyərlərə böyük önəm verir".


Müəllif:

Oxşar xəbərlər