11 Mart 2016 16:40
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyətinin qardaş Türkiyə dövlətinə səfəri davam edir.

Teleqraf.com Milli Məclisə istinadən bildirir ki, spiker səfər çərçivəsində bir sıra görüşlər keçirib, Türkiyə dövlətinin rəhbərliyi ilə müzakirələr aparıb. Parlamentin yaydığı məlumata görə, Oqtay Əsədovun səfəri Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün məzarının ziyarəti ilə başlanıb. Nümayəndə heyətimiz Anıtqəbir önünə əklil qoyaraq, Türk xalqının böyük oğluna ehtiramlarını ifadə edib. Milli Məclisin sədri buradakı xatirə kitabını imzalayıb. Daha sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətini səmimiyyətlə salamlayan Türkiyə prezidenti Azərbaycan xalqı və ölkəmiz haqqında xoş sözlər ifadə edib.

Prezident İlham Əliyevin səmimi salamlarını Türkiyənin dövlət başçısına çatdıran Oqtay Əsədov yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Rəcəb Tayyib Ərdoğan onun da səmimi salamlarının prezident İlham Əliyevə çatdırılmasını xahiş edib.

Qəbulda Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf istiqamətlərinə dair fikir mübadiləsi aparılıb. Diqqətə çatdırılıb ki, xalqlarımızın ümumi maraqlarını əks etdirən Azərbaycan-Türkiyə münasibətləri sarsılmaz və dönməzdir.

Sonra Azərbaycan parlament nümayəndə heyəti Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə müzakirələrə start verib. Nümayəndə heyətini Ankarada salamlamaqdan məmnunluğunu ifadə edən Əhməd Davudoğlu Türkiyənin hər zaman Azərbaycan ilə birgə olduğunu diqqətə çatdırıb.

Yüksək qonaqpərvərliyə görə dərin təşəkkürünü bildirən Oqtay Əsədov prezident İlham Əliyevin səmimi salamlarını Türkiyə hökumətinin başçısına çatdırıb. Onun da salamlarının prezident İlham Əliyevə çatdırılmasını parlamentin sədrindən xahiş edən Əhməd Davudoğlu dövlətimizin başçısı ilə Azərbaycanda keçirdiyi görüşlərdə müzakirə olunan məsələlərin əhəmiyyətindən danışıb. Söhbətdə xüsusi vurğulanıb ki, Azərbaycan-Türkiyə münasibətləri dünyada dostluğa və qardaşlığa bir nümunədir.

Daha sonra Azərbaycan parlament nümayəndə heyətinin Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanla görüşüb.

Azərbaycanlı həmkarlarını səmimiyyətlə salamlayan TBMM-nin sədri iki qardaş ölkənin parlamentləri arasındakı qardaşlıq münasibətlərindən bəhs edib. Prezident İlham Əliyevin səmimi salamlarını Türkiyə parlamentinin sədrinə çatdıran Oqtay Əsədov yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib.

Onun da hərarətli salamlarının dövlətimizin başçısına çatdırılmasını xahiş edən İsmayıl Qəhrəman Azərbaycan xalqına tükənməz sevgi və məhəbbət bəslədiyini ifadə edib.

Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə olduğu vurğulanıb. İki qardaş ölkə parlamentləri arasındakı əlaqələr, o cümlədən parlamentlərarası dostluq qruplarının fəaliyyəti yüksək qiymətləndirilib. Qeyd olunub ki, Azərbaycan və Türkiyə parlamentləri dövlətlərimizin və xalqlarımızın maraqlarına uyğun olan məsələlərdə birgə səylərini bundan sonra da davam etdirəcək.

Xatırladaq ki, spiker Oqtay əsədovun Türkiyə səfəri martın 10-da başlayıb. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Əhliman Əmiraslanov, deputatlardan Şəmsəddin Hacıyev, Ağalar Vəliyev, Malik Həsənov, Çingiz Qənizadə, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Nemət


Müəllif:

Oxşar xəbərlər