11 Mart 2016 22:34
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ardıcıl işi davam etdirir, lakin son qərarı yalnız münaqişənin bilavasitə iştirakçıları qəbul edə bilər”. RF prezidentinin mətbuat katibi Dmitri Peskov bu fikri jurnalistlərə söyləyib.

Onun sözlərinə görə, söhbət bir dəfə səy göstərməkdən deyil, beynəlxalq formatlarda ardıcıl fəaliyyət xəttindən gedir. D.Peskov deyib: “Rusiya bu formatların məsul iştirakçısı kimi, ardıcıl iş aparmaqda davam edir. Lakin qəti qərarlar, müəyyən həlledici təşəbbüslər yalnız bu münaqişənin iştirakçıları tərəfindən irəli sürülə bilər. Ermənistanın və Azərbaycanın əvəzinə bu münaqişəni nə beynəlxalq vasitəçilər, nə də Rusiya tənzimləyə bilər”.


Müəllif:

Oxşar xəbərlər