14 Mart 2016 15:14
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ankaradakı teraktdan sonra Rusiya PKK-nı terror təşkilatı kimi tanımalıdır".

Teleqraf.com xəbər verir ki, bu açıqlama ilə siyasi ekspert Elxan Şahinoğlu çıxış edib. Onun sözlərinə görə, Ankaradakı son terror aksiyasında Rusiyanın adı çox hallanır: "Ankara Rusiyanı sınamalıdır. Bunun üçün Moskvadan tələb olunmalıdır ki, Rusiya hakimiyyəti PKK-nı terrorçu təşkilat kimi tanısın. Rusiya XİN heç olmazsa sözdə PKK-nın terrorçu təşkilat olduğunu bəyan etməlidir. Məsələn, Kreml və onun mediası Türkiyəni DAİŞ-lə əlaqədə ittiham edir. Halbuki, Türkiyə DAİŞ-i terrorçu təşkilat kimi tanıyır".

E.Şahinoğlu hesab edir ki, əgər Ankaranın istəyinin əksinə olaraq Moskva PKK-nı terrorçu təşkilat kimi tanımaqdan imtina edərsə, “Ankaradakı terror partlayışlarının arxasında hansı dövlət dayanıb” sualı açıq qalacaq.

Qeyd edək ki, dünən Ankarada baş verən terror aktında 37 nəfər dünyasını dəyişib, 100-dən çox insan yaralanıb.


Müəllif:

Oxşar xəbərlər