14 Mart 2016 18:17
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əhməd Oruc: “Onların mövqeyi çox zəif görünür”

Müsavat Partiyası Divanının toplantısı keçirilib.

Partiyadan Teleqraf.com-a verilən xəbərə görə, toplantıda “Anti-böhran Koalisiyasının” debat təklifi də müzakirəyə çıxarılıb. Müsavat Partiyası “Anti-böhran Koalisiyasının” debat təklifini rədd edib. Lakin rədd etmənin səbəblərini açıqlamayıb.

“Anti-böhran Koalisiyası”nın nümayəndəsi Əhməd Oruc Müsavatın rədd mövqeyini Teleqraf.com-a şərh edib. O deyib ki, koalisiyanın məlum müraciətini doğru saymır: “Sadəcə olaraq, koalisiyada əksəriyyət onun tərəfdarı oldu ki, Müsavata və Milli Şuraya müraciət edilsin və müxalifətin problemlərinə dair debat təşkil edilsin. Mən öncədən bilirdim ki, Müsavat və Milli Şura debatda maraqlı olmayacaq. Çünki onların hər biri bu mövzu haqqında məsafədən danışa bilər. Üz-üzə gələndə, ortaya arqumentlər qoyulanda bu qüvvələrin mövqeləri çox zəif görünür. Odur ki, Müsavatın məlum cavabı gözlənilən idi”.

Əhməd Oruc əlavə edib ki, əslində müxalifətin bir araya gəlməsi perspektivi yoxdur. Onun fikrincə, müxalifətin palitrası fərqlidir: “Kənar qüvvələrin təsirində olan partiyalar var. Eləcə də milli xətdə olan, islamçı, sosial və demokrat xətdə olan təşkilatlar var. Müxalifətin bir araya gəlməsi milli azadlıq hərəkatı dövründə baş verir. Sonra cəmiyyət strukturlaşır, sanki siyasi mədəniyyət bir pillə yuxarı qalxır. Əlbəttə ki, partiyaların birlikdə konkret mövzunu müzakirə edə bilməməsi siyasi mədəniyyətlə bağlı məsələdir. İndi Müsavat bizimlə debata gəlmir. Biz onu məcbur edəsi deyilik. Özləri bilər. Hər halda onların debata getməyəcəyi bəlli idi. Çünki bu mövzuda onların ağlabatan arqumentləri yoxdur”.

Nemət


Müəllif:

Oxşar xəbərlər