14 Mart 2016 18:29
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov Ankara şəhərində törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna başsağlığı məktubu göndərib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, nazir məktubda xəbərdən sarsıldığını və baş vermiş faciə ilə əlaqədar həmkarının kədərini bölüşdüyünü bildirib. Terror aktı nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verərək xəsarət alanlara Allahdan şəfa diləyib və bu kədərli gündə Türkiyə xalqının yanında olduğunu qeyd edib.

E.Məmmədyarov Azərbaycanın terrordan əziyyət çəkən ölkə kimi terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pislədiyini vurğulayıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər