Milli Məclisin iclası öz işinə başlayıb.
Teleqraf.com xəbər verir ki, spiker Oqtay Əsədov təklif edib ki, Ankarada baş verən terror hadisəsi zamanı vəfat edənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilsin. Terror qurbanları yad edildikdən sonra Milli Məclisin gündəliyi təsdiq edilib.
Oqtay Əsədov deyib ki, qanunvericiliyə uyğun olaraq parlamentin beşinci iclasında hökumətin 2015-ci ildəki fəaliyyətinə dair hesabat dinləniləcək.
Spiker qeyd edib ki, 2015-ci ildə dünya iqtisadiyyatında geriləmə müşahidə edilib və bu mənfi tendensiya Azərbaycan iqtisadiyyatına da təsir göstərib: “Azərbaycan Prezidentinin fəaliyyəti nəticəsində böhranın ölkəmizə təsiri mümkün qədər az olmuşdu. Əsas artım qeyri-neft sektoru hesabına baş verib. Azərbaycan hələ də dünyada investisiya qoymaq üçün münasib ölkədir. 156 ölkə ilə iqtisadi əlaqələrimiz var. Hökumətin hesabatından görünür ki, ötən il Milli Məclisdə keçirilən iclaslar zamanı deputatların səsləndirdiyi təkliflər nəzərə alınıb.
Hazırda baş nazir Artur Rəsizadə hökumətin hesabatını deputatlara təqdim edir.
Nemət