“Hökumətin hesabatını mən və həmkarlarım səbrsizliklə gözləyir. Seçiciləri və vətəndaşlarımızı maraqlandıran məsələlər müzakirə edilir. Cənab baş nazir hesabatı qısa və lokonik şəkildə təqdim etdi”.
Teleqraf.com-un xəbərinə görə, bunu parlamentin plenar iclasında deputat Yevda Abramov deyib.
Bununla belə, deputat qeyd edib ki, 2015-ci il asan keçməyib: “Biz 2015-ci ildə müşahidə edilən iqtisadi çətinlikləri uğurla keçmişik. Mən hökumətin 2015-ci ildəki fəaliyyətini kafi hesab edirəm”.
Deputat qeyd edib ki, daha çox işlər görə bilərdik: “İmkanlarımız da var idi. Cənab prezidentin iradəsi, apardığı xarici və daxili siyasətin stabilliyi imkan verirdi ki, daha böyük yüksəklikləri fəth edək. Biz dünya çapında 2015-ci ildə keçirilən Avropa Oyunları ilə tanındıq. Bunun böyük siyasi və mədəni əhəmiyyəti oldu. Hesabat, büdcə müzakirələri zamanı deputatlar onlara daxil olan şikayətləri, problemləri qeyd edirlər. Bizim rayonda qaz problemi həll edilib, elektrik problemi yoxdur. Bir sıra infrasturuktur layihələrimiz davam edir. Neftin qiymətinin düşməsi bu layihələrin qarşısını ala bilməz. Baş nazirin burada olmasından istifadə edərək rayonda olan bəzi problemləri qeyd etmək istərdim. Bu yaxınlarda vətənpərvər nazirimiz olan Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov vertolyotla Qonaqkənd üzərində gəzdi. Sabah sel basanda bu kəndlərə milyonlar xərclənəcək. Əgər Qonaqkənd-Şamaxı yolu çəkilirsə, bəndvurma işləri görülməlidir. Hesab edirəm ki, bu məsələyə diqqət edilməlidir. Eləcə də bəzi kəndlərdə evlərin sənədləri yoxdur. Bu problem də həll edilməlidir. Digər problem odur ki, “Azərişiq” rayonda bəzən vəfat edən insanlara borc yazır. Məsələn, mən 11 ildir Bakıdayam, amma mənə də 787 manat borc yazılıb. 20 il əvvəl ölmüş şəxsə 920 manat borc yazılıb. Bu məsələlər həllini tapmalıdır”.
Nemət