“Dünyada yaranan yeni iqtisadi problemlər fonunda ölkədə iqtisadi inkişaf tempini saxlamaq asan məsələ deyil”.
Teleqraf.com xəbər verir ki, bunu hökumətin 2015-ci ildəki fəaliyyətinə dair parlamentdə aparılan müzakirələr zamanı deputat Əli Məsimli deyib.
Ə.Məsimli qeyd edib ki, keçən il Azərbaycanda iqtisadi inkişaf tempini qoruyub saxlamaq mümkün olub: “Lakin bir sıra problemlər yarandı. Həmin problemlərin aradan qaldırılması üçün atılan addımları yetərli hesab etmirəm. Fikrimcə, bir sıra istiqamətlər üzrə müəyyən addımlar atılmalıdır”.
Ə.Məsimli qeyd edib ki, Azərbaycan banklarının dollarla kredit verməsi qanun pozuntusudur: “Həm ölkə Konstitusiyası, həm də Mülki Məcəllənin məlum maddələri pozulur. Belə halların aradan qaldırılması məqsədilə sənəd hazırlayırıq. Bunu müvafiq qurumlara təqdim edəcəyik. Sənəddə təkliflərimiz əksini tapıb”.
Nemət