15 Mart 2016 17:22
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Türkiyə bütün beynəlxalq məsələlərdə bir yerdədir, bir-birinin yanındadır.

Teleqraf.com-un məlumatına görə, bunu Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Ankarada keçirilən V iclasından sonra mətbuata bəyanatlarla çıxışında Azərbaycan Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirərkən deyib.

Dövlətimizin başçısı qeyd edib: "Türkiyə nə qədər güclü olarsa, biz o qədər güclü olacağıq. Bizim gücümüz birliyimizdədir. Bütün beynəlxalq məsələlərdə biz bir yerdəyik, bir-birimizin yanındayıq. Türkiyə hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq normalarına uyğun həll olunmasının tərəfdarı olub və bu dəstək bu gün də göstərilir".

Prezident bildirib ki, Azərbaycanın ərazi bütövlüyü pozulub, bərpa edilməlidir, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələr icra edilməlidir: "Bu məsələ ilə bağlı ikili standartlarla üzləşmişik və Türkiyə kimi böyük dövlətin bizə göstərdiyi dəstək bizim üçün çox önəmlidir. Bizi hərbi əməkdaşlıq birləşdirir. Bu yaxınlarda hərbçilərimiz birgə təlimlər keçiriblər. Bu da gözəl ənənəyə çevrilib. Hərbi-texniki sahədə əməkdaşlıq genişlənir. Artıq Türkiyədən müxtəlif hərbi texnika və silahlar alırıq. Türkiyənin bu sahədəki uğurları, əlbəttə ki, Azərbaycanın da müdafiə potensialını gücləndirir".


Müəllif:

Oxşar xəbərlər