15 Mart 2016 19:54
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2015-ci il Azərbaycan və xalqımız üçün ən çətin il idi. Ancaq stabilliyin saxlanılması bizim üçün ən uğurlu haldır. Nazirlərin regionlara gedərək insanlarla görüşməsi, yarmarka xidmətinin genişləndirilməsi, “Asan Xidmət”in fəaliyyəti müsbət haldır”.

Bu fikirləri Milli Məclisdə çıxışı zamanı akademik Yaqub Mahmudov bildirib. Deputat qeyd edib ki, seçildiyi Şəki rayonunda böyük işlər gedir: “Buna səbəb Prezidentin Şəkiyə bəslədiyi münasibətdir. Son illər Prezident yeddi dəfə Şəkiyə səfər edib”.

Deputat təklif edib ki, Şəki İpək Kombinatının fəaliyyətini canlandırmaq lazımdır: “Burada minlərlə insan işləyirdi. Sovet vaxtı Şəkidə təyyarə meydanı fəaliyyət göstərirdi. Gündə 3-4 təyyarə reysi olurdu. Şəkidə Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı, Gənclər Evi yoxdur. Daha doğrusu, işlər yarımçıq qalıb. Bu işləri davam etdirmək lazımdır. Abid Şərifov Şəkiyə səfər etdi, 650 yeni iş yer açıldı. Əhali Prezidentin apardığı siyasətdən, xüsusilə son islahatlardan razıdır. Fikrimcə, 2015-ci ildə hökumət yaxşı işləyib”.

Nemət


Müəllif:

Oxşar xəbərlər