Milli Məclisdə Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında besabatı barədə müzakirələr başa çatıb.
Teleqraf.com xəbər verir ki, müzakirələr zamanı 30 millət vəkili çıxış edib, 17 millət vəkili isə çıxış edə bilməyib.
Spiker Oqtay Əsədov çıxış etməyən deputatlara tövsiyə edib ki, çıxışlarını katibliyə təqdim etsinlər.
Daha sonra Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatı səs çoxluğu ilə qəbul edilib.
Qeyd edək ki, hesabatın qəbulundan sonra millət vəkilləri qanunvericilik fəaliyyətini davam etdirib. Belə ki, “Lisenziyalar və icazələr haqqında” Qanun layihəsinin üçüncü oxunuşdan müzakirəsi davam etdirilib.
Eləcə də “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Qanun layihəsinin ikinci oxunuşdan müzakirəsi davam etdirilib.
Nemət