15 Mart 2016 20:14
2 703
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Putinin Rusiya qoşunlarını Suriyadan çıxaqmaqla bağlı qəfil qərarı Bəşər Əsədlə yanaşı İran hakimiyyətini də pis vəziyyətə qoydu".

Teleqraf.com xəbər verir ki, bu iddia ilə siyasi ekspert Elxan Şahinoğlu çıxış edib.

Ekspertə görə, Tehran Əsədə sözdə dəstək verirdi: "Bir qrup zabiti istisna olmaqla İranın Suriyada elə böyük hərbi qüvvəsi yoxdur. Aydın məsələdir, İran əsgər və zabitlərinin Suriyada ölməsini istəmir. Tehran da Əsəd kimi Rusiyanın hərb maşını hesabına Suriyada problemlərini həll etməyə can atırdı. Ancaq Putin artıq bezdi və hər ikisinə təxminən belə bir mesaj yolladı: “Rusiya nə Sizin yerinizə Suriyanın ərazi bütövlüyünü təmin edəsidir və hakimiyyətinizi qoruyasıdır, nə də Sizə görə əbədiyyətə qədər böyük dövlətlərlə düşmən olasıdır, problemlərinizi özünüz həll edin”.

E.Şahinoğlu Əsədə bundan sonra çətin olacaq: "Tehran isə Əsədi qorumaq üçün Rusiya qədər “fədakarlıq” nümayiş etdirməyəcək".

Qeyd edik ki, Rusiya prezidenti Vladimir Putin martın 14-də Rusiya ordu birləşmələrinin Suriyadan çıxarılmasına dair göstəriş verib. Putin bu qərarı Suriyada qarşıya qoyulan vəzifələrin başa çatdırılması ilə əlaqələndirib.

Ayxan


Müəllif:

Oxşar xəbərlər