16 Mart 2016 16:55
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında “Azadlıq” Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzinin iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, toplantıda qərarların icra vəziyyəti, ölkədəki ictimai-siyasi, sosial-iqtisadi durum və cari məsələlər müzakirə olunub.

Qarabağ problemi, ATƏT-in xüsusi nümayəndəsinin Azərbaycandan xəbərsiz Xankəndinə səfəri, ABŞ-da ərazi bütövlüyünə qarşı hərəkətlənmə - daha bir ştatın Qarabağdakı terrorçu, separat hakimiyyəti tanıması pislənilib.

Əməkdaşlıq Mərkəzi Azərbaycan hakimiyyətini bu istiqamətdə ciddi addımlar atmağını məqsədəmüvafiq hesab edib. Eyni zamanda vurğulanıb ki, Paris terrorunda dünyanın göstərdiyi birliyin Ankara terrorunda təkrarlanmaması Türk dünyasına ikili standartla yanaşmanın göstəricisidir. Əməkdaşlıq Mərkəzi mövcud ictimai- siyasi vəziyyət və cari məsələlərlə bağlı müvafiq qərarlar qəbul edib.

Xatırladaq ki, “Azadlıq” Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzində yeddi partiya əməkdaşlıq edir.

Nemət


Müəllif:

Oxşar xəbərlər