17 Mart 2016 13:25
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirdiyi iclasda Cinayət Məcəlləsinə əlavələr təklif edilib.

Teleqraf.com xəbər verir ki, əlavələrdən biri büdcə vəsaitlərinin təyinatdankənar istifadəsinə görə cəza tədbirlərinin tətbiqi ilə bağlıdır. Bu dəyişiklik məcəllədə öz əksini tapacaq. Əlavəyə əsasən, dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədən kənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməməyə görə 8 min manatdan 10 min manata qədər cərimə, yaxud 3 ilə qədər azadlıqdan məhrum ediləcək.

Eyni hərəkətlər külli miqdarda, yəni, 250 min manatdan yuxarı vəsaitlə olduqda isə 3 ildən 6 ilə qədər azadlıqdan məhrum etmə cəzası tətbiq ediləcək.

Nemət


Müəllif:

Oxşar xəbərlər