Milli Məclis “Nüvə materialının fiziki mühafizəsi haqqında” Konvensiyaya Düzəlişin təsdiq edilməsi barədə qanun layihəsini müzakirəyə çıxarıb.
Teleqraf.com xəbər verir ki, layihə haqqında deputatlara Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib. Komitə sədri deyib ki, müzakirə edilən konvensiya 1979-cu il oktyabr ayının 26-da qəbul olunub və 1980-ci il mart ayının 3-dən qoşulmaq üçün açıqdır: “Biz həmin konvensiyaya 2003-cü ilin dekabr ayında qoşulmuşuq. 2005-ci ildə konvensiyaya düzəlişlər qəbul edildi. İndi həmin məsələni müzakirəyə çıxarmışıq.
Düzəlişlərə müvafiq olaraq konvensiyanın preambulası dəyişdirilib. Burada əsas məqsəd nüvə materiallarının daşınması, saxlanması, təhlükəsizliyi, mühafizə olunmasını daha da möhkəmləndirməkdir. Dəyişikliklərdə prinsiplər müəyyən olunub. Həmin prinsiplər dövlətlərin məsuliyyətini müəyyən edir. Düzəlişlərdə nüvə materiallarının, qurğularının daşınması, təhlükəsizliyi ilə yanaşı, həmçinin fövqəladə hallar zamanı onlarla necə rəftar edilməsi və s. məsələlər də öz əksini tapıb. Hesab edirəm ki, düzəlişlər milli maraqlarımıza uyğundur”.
Komitə sədrinin məlumatından sonra layihə ətrafında müzakirələr başlayıb.
Nemət