18 Mart 2016 12:54
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli İstiqlal Partiyasının rəhbərliyi Bakı Apelyasiya Məhkəməsinin martın 17-də çıxardığı qərarla həbsdən azad edilən jurnalist Rauf Mirqədirovu evində ziyarət edib.

Teleqraf.com-un məlumatına görə, ziyarətdə AMİP-in baş katibi, sədr əvəzi Arzuxan Əlizadə, AMİP Qadınlar Şurasının sədri, partiyanın siyasi şurasının üzvü Aminə Vəliyeva və AMİP Siyasi Şurasının üzvü Əli Orucov istirak edib.

Qeyd edək ki, R.Mirqədirov AMİP Mərkəzi Şurasının üzvüdür. 1992-95-ci illərdə isə AMİP mətbuat mərkəzinə rəhbərlik edib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər