18 Mart 2016 15:54
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ağdərənin Çıldıran-Drombon ərazisində çox güclü uran yataqları mövcuddur. Həmin uran yataqlarının bir hissəsi həm də Kəlbəcər rayonunun ərazisindədir. Ermənilər işğal faktından sonra uzun illərdir ki, bu yataqları açaraq işlədirlər”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri deputat Elman Məmmədov Milli Məclisin bu gün keçirilən toplantısında səsləndirib.

Millət vəkili qeyd edib ki, bu yataqlardan çıxarılan tullantıların hamısı Xaçın və Tərtər çayı vasitəsilə Azərbaycan ərazilərinə axıdılır: “Əgər bu çayların suyunda radiasiya fonu yoxlanılarsa, dediklərim təsdiqlənəcək. Biz Azərbaycan tərəfi olaraq bu məsələlərə ciddi fikir verməliyik. İndi Ermənistanda olan atom elektrik stansiyası, onun ziyanı, tullantılarının işğal edilən ərazilərə köçürülməsi və s. haqda danışırıq. Ancaq mən səsləndirdiyim faktlar vacib məsələlərdir. Bununla Azərbaycanda müvafiq orqanlar məşğul olur və ya olacaqlar, beynəlxalq təşkilatlar qarşısında qaldıracaqlar”.

Nemət


Müəllif:

Oxşar xəbərlər