18 Mart 2016 16:34
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parlamentin bugünkü iclasında millət vəkili Tahir Kərimli ilan zəhərindən danışıb.

Teleqraf.com xəbər verir ki, deputat ilan zəhəri ilə bağlı müəyyən təkliflər irəli sürüb: “Bizim Zirədə böyük ilan yetişdirmə fabrikimiz var idi. Bu sahə hələ SSRİ zamanı ölkəyə valyuta gətirirdi, böyük mənfəətlə işləyirdi. Lakin sonradan oradakı ilanları aparıb Ağsu-İsmayıllı arasındakı səhralara buraxdılar. Təklif edirəm ki, zəhər əldə etmə müəssisələri bərpa edilsin. Bu, olduqca vacibdir. Hətta o vaxt inkubatordan cücə almaq çox çətin idi. İndi çoxlu sayda quşçuluq müəssisələrimiz var, ilanları yemləmək də mümkündür. Həm də onların təbiətdə arealını daraldıb sənaye üsulu ilə yetişdirmək və zəhər almaq imkanları ölkəmizdə böyükdür”.

Nemət


Müəllif:

Oxşar xəbərlər