Elxan Şahinoğlu: “Bu Türkiyə ilə İran arasındakı münasibətlərdəki gərginliyi nisbətən azalda bilər”
Bu gün İran İslam Respublikasının xarici işlər naziri Cavad Zərif Türkiyəyə səfər edəcək. Səfər zamanı bir sıra məsələlər müzakirə ediləcək, görüşlər keçiriləcək. Türkiyə ətrafında hazırda müşahidə olunan proseslər konteksində bu səfər diqqət mərkəzindədir.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şhinoğlu səfəri, müzakirə ediləcək məsələləri şərh edib.
Teleqraf.com xəbər verir ki, politoloq səfərin əhəmiyyətli olduğuna diqqqət çəkib: “İranın xarici işlər naziri Cavad Zərif Türkiyəyə səfər edir. İranın Suriya məsələsində mövqeyi nisbətən dəyişib. Daha əvvəlki kimi Bəşər Əsəd üçün “o, olmazsa olmaz” mövqeyi ortaya qoyulmur. İran Suriyadakı hərbi varlığını azaldıb, o biri tərəfdən iranlı rəsmilərin Suriyada hakimiyyətlə müxalifətin dialoqunun zəruriliyi haqqında fikirlərinin sayı çoxalıb. Bu gedişat Suriyaya görə Türkiyə ilə İran arasındakı münasibətlərdəki gərginliyi nisbətən azalda bilər. Tehran ağıllıdır, Türkiyə ilə körpüləri yandırmaq istəmir”.
Elxan Şahinoğlu maraqlı bir məqama da diqqət çəkib. Qeyd edib ki, İran xarici işlər nazirinin bu səfəri Moskvada müsbət qarşılanmır: “Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cavad Zəfərin Türkiyəyə səfərindən bir gün əvvəl onunla telefonla danışıb. Bu Moskvanın sanki Tehrana mesajıdır ki, Ankaradakı danışıqlarda Rusiyanın maraqları da nəzərə alınsın”.
Cavidan