Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı prezident İlham Əliyev tərəfindən verilən əfv sərəncamını yüksək qiymətləndirib.
Teleqraf.com-un xəbərinə görə, xalq şairi bu haqda özünün facebook hesabında bildirib.
Sabir Rüstəmxanlı bildirib ki, bahar bayramı ərəfəsində prezidentin əfv sərəncamı verməsinə ürəkdən sevinib: “Bu məni ürəkdən sevindirdi.Həbsdən azad edilən və bu bayramı evində, doğmalarının arasında keçirəcək insanları-gəncləri, siyasi fəalları ürəkdən təbrik edirəm. Bu ilin novruzu onların bayramlarıdır. İnşallah, həbsdə qalanlar da azadlığa çıxar”.
Nemət