Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik məktubu ünvanlayıb.
QAT-ın mətbuat xidmətindən Teleqraf.com-a daxil olan məktubda deyilir: “Hər birinizi xalqımızın ən qədim bayramı – Novruz bayramı münasibətilə təbrik edirik. Ruziniz bol, işləriniz avand olsun. Arzularınıza, niyyətlərinizə çatasınız. Millətimizin, dövlətimizin başı üzərini almış qara buludlar tezliklə çəkilsin, torpaqlarımızın azadlığına nail olaq, yüz minlərlə soydaşımız öz elinə, yurduna qayıtsın, tezliklə yağı düşməni darmadağın edərək qələbə bayrağını qaldıraq! Qələbə uzaqda deyil, biz hökmən qalib gələcəyik! Düşmən üzərində qələbə gününü yaxınlaşdıran, bu yolda fədakarlıqla çalışan hər kəsə eşq olsun! Əsl bayramımız Böyük Qələbədən sonra olacaq! Şuşada, bütün Qarabağda Qələbə Günündə görüşmək əzmi ilə”.
Səxavət