Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayev Bakıda Qazaxıstanın növbədənkənar parlament seçkilərində səs verib.
Trend-in Kazinform agentliyinə istinadən verdiyi məlumata əsasən, səfir ölkənin Bakıdakı səfirliyində yerləşən 212 nömrəli seçki məntəqəsində səs verib.
Ölkədə 9840 seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə yerli vaxtla saat 20:00-dək davam edəcək. Seçici siyahılarına 9 milyon 791 min nəfərin adı daxil olunub.
Aşağı palatada 98 yer (partiya siyahıları üzrə) uğrunda 6 siyasi partiya mübarizə aparır.