21 Mart 2016 00:18
994
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri, Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan Prezidentinin Türkiyə səfərini şərh edib.

Teleqraf.com-un məlumatına görə, ANS TV-nin “Hesabat” verilişində çıxış edən Ə.Həsənov sözügedən səfəri mühüm səfər adlandırıb: “Cənab Prezidentin əvvəlki illərdə də Türkiyəyə dövlət və işgüzar səfərləri olub, o cümlədən Türkiyə Prezidenti cənab Ərdoğan da Azərbaycana bir neçə dəfə səfər edib. Amma məsələ onda idi, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası iki dəfə idi təxirə salınırdı. Əsas səbəb də ondan ibarət idi ki, Türkiyədə terror hadisəsi baş verirdi, müəyyən qədər xaosa sürüklənirdi, belə vəziyyətdə Türkiyə Prezidentinin Azərbaycana səfər etməsi qeyri-mümkün görünürdü. İclası üçüncü dəfə təxirə salmaq iki dövlət arasında həllini gözləyən bir çox məsələlərin müzakirəsi, qəbul olunacaq qərarların, imzalanacaq sənədlərin yubanmasına gətirib çıxarırdı. Ona görə də cənab Prezient sözün həqiqi mənasında gediş etdi. Türkiyədə qeyri-sabitlikdirsə, terror hadisəsi varsa, terror təhlükəsi gözlənilirsə və Türkiyə prezidenti gələ bilmirdisə, Azərbaycan prezidenti qərar qəbul etdi və Türkiyəyə getdi. Bu, sözün həqiqi mənasında bir nümunəvi addım idi. Bilirsiniz ki, son vaxtlar bəzi böyük dövlətlər Türkiyə səfirliklərini bağlamaq haqqında bəyanat verirlər, vətəndaşlarını Türkiyədən geri çağırırlar”.

PA rəsmisinin sözlərinə görə, canlı bombanın terrorda istifadə olunduğu məqamlarda ölkə çox təhlükədə olur: “Qarşıdan gələn hər bir insan canlı bomba ola bilər, hər bir insana təhlükə yarana bilər, onun harada necə terror törədəcəyi bəlli deyil. Heç bir ölkə canlı bombadan istifadə olunduğu məkanda terrorun ağır nəticələrindən sığortalanmayıb. Belə məqamda Azərbaycan Prezidentinin qərar qəbul edib Türkiyəyə getməsi müəyyən qədər cəsarət tələb edirdi. Böyük dövlətlər Türkiyənin hər yerində təhlükə, hər an ölkə həyatında nəyinsə baş verəcəyini gözləyir. Cənab prezidentin Türkiyəyə səfəri bir həftədir Azərbaycan və Türkiyə mediasının gündəmindən düşmür. Əlbəttə, Azərbaycanın Türkiyəyə münasibəti analoqu olmayan münasibət kimi təqdim olunur. Dünyada Türkiyə ilə Azərbaycan münasibətlərinin analoqu çox azdır. İki dövlət bir-birini bütün sahələrdə dəstəkləyir, ikitərəfli, çoxtərəfli, regional məsələlərdə, təhlükəsizlik sahələrindən iki dövlət bir-birinin maraqlarını yüksək səviyyədə təmin edir. Cənab Prezident Türkiyədə bəyan etdi ki, Azərbaycan Türkiyənin bütün çətin günlərində və hər zaman yanındadır və yanında olmaqda davam edir. Bu münasibətlər regionda Türkiyəyə basqıların, Türkiyə həyatında sabitliyi pozmaq cəhdlərinin, terror vüsət aldığı dövrdə mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan artıq o gücdədir ki, Türkiyənin gücünə güc qata bilir, bütün sahələrdə dəstəkləyə bilir, bu dəstək Türkiyəni qarışdırmaq istəyən dövlətlərə, güclərə mesaj idi ki, cənab Prezident də bunu çatdırdı. Türk xalqının da ürəyində rahatlıq əmələ gəldi ki, biz tək deyilik, bizi dəstəkləyən Azərbaycan kimi dövlət var, Azərbaycan Prezidenti İlham Əliyev kimi Türkiyənin yanında olan türk xalqının qardaşı var”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər