21 Mart 2016 12:13
1 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Teleqraf.com səfirliyin rəsmi saytına istinadən xəbər verir ki, R.Sekuta və ABŞ səfirliyinin işçiləri səfirliyin iqamətgahında tonqal qalayaraq üzərindən tullanıblar. Səfir öz təbriklərini Azərbaycan dilində çatdırıb. O deyib: “Əzizinəm yaz gəlsin, yaz gəlsin, bahar gəlsin. Bu Novruz bayramında qəm getsin, sevinc gəlsin. Amerika Birləşmiş Ştatları və Amerika xalqı adından bütün azərbaycanlıların Novruz bayramını təbrik edirik”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər