23 Mart 2016 18:51
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Antalya şəhərində martın 18-19-da Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının Şura iclasında iştirak üçün Türkiyədə səfərdə olan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli İstanbulda yaşanan terror hadisəsinin təsirlərindən danışıb.

Teleqraf.com-a açıqlamasında Elçin Mirzəbəyli qeyd edib ki, səfər zamanı İstanbulda törədilən terror aksiyası Türkiyənin və qatıldığı toplantının gündəmini dəyişib: “İstanbulda baş verən terror aksiyası hər kəs kimi məni də sarsıtdı. Görüşlərdə partiyamızın mövqeyini bir daha Türkiyə təmsilçilərinin diqqətinə çatdırdım. Terror qruplarının siyasi qollarına qarşı güzəştsiz mübarizə aparmağın vacibliyini vurğuladım”.

Elçin Mirzəbəyli həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası üçün Türkiyəyə səfərini də şərh edib: “Türkiyədə istər hakim partiyanın təmsilçiləri, istərsə də sadə insanlarla təmaslarımda Azərbaycana, Prezident İlham Əliyevə çox böyük sevginin şahidi oldum.

Hər kəs Azərbaycan Prezidentinin, Azərbaycan xalqının mənəvi dəstəyindən, İlham Əliyevin bu gün çox azsaylı siyasətçilərə xas olan mərdliyindən, cəsarətindən danışırdı”.

Qeyd edək ki, da Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı Şurasının iclasında təşkilatın 2015-ci ildə həyata keçirdiyi fəaliyyət barədə hesabatlar dinlənilib, 2016-cı ilin büdcəsi təsdiqlənib və yeni üzvlərin qəbulu ilə bağlı qərarlar qəbul edilib.

Toplantıda çıxış edən Alyansın prezidenti Jan Zahradil 2016-cı ilin ilk aylarında həyata keçirilən fəaliyyəti, o cümlədən AECR nümayəndə Heyətinin Azərbaycana səfərinin nəticələrini yüksək qiymətləndirdiyini bilidirib.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər