25 Mart 2016 15:16
1 847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasının üzvü Araz Gündüz təşkilatı tərk edib.

Teleqraf.com xəbər verir ki, bu haqda onun özü Novruz Bayramı günü sosial şəbəkələrdə məlumat yayıb. O, eyni zamanda bildirib ki, martın 13-də facebook.com səhifəsində status yazıb və buna görə bəlli adamlar haray-həşir qoparıb.

Araz Gündüz istefasının səbəblərini də açıqlayıb: “Mən heç bir siyasi partiyanın üzvü deyiləm, 1994-2015-ci illərdə Müsavat Partiyasının üzvü olmuşam. Ancaq Müsavatın işlərində fəal iştirakım olmayıb. Partiyanın sonuncu qurultayından sonra özümü bu partiyanın üzvü saymıram. Milli Şuranın üzvüyəm, ancaq bu qurumda heç bir birbaşa fəaliyyətim olmayıb. Hazırda Milli Şuranın fəaliyyətində də iştirak etmirəm”.

Araz Gündüz partiya adı çəkməsə də, Müsavatın müxalifəti parçaladığını, düşərgənin birliyini pozduğunu iddia edib: “Şəxsi maraqları ucbatından müxalifəti parçalayanlar, onun birliyini pozanlar var. Mən bunu görürəm. Bunu bilən təkcə mən deyiləm, bilənlər çoxdur, ancaq bunu dilə gətirmək yox, buna eyham vurmağın özü də, bu şəxsi maraqlarının qulu olan “liderlərin” qaragürühçuları tərəfindən topa tutulmağa gətirib çıxardığından, hərə bir tərəfdə abrına qısılıb dayanıb. İndi isə döşəyin mənim qabırğama, içinizdə nə qədər kininiz, hikkəniz, dilinizdə nə qədər söyüşünüz var, tökün mənim üstümə”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər