Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona səfəri böyük əhəmiyyət kəsb edir. Teleqraf.com-un məlumatına görə, bunu ANS-ə eksklüziv açıqlamasında Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
N. Məmmədovun sözlərinə görə, Vaşinqtonda nüvə təhlükəsizliyi üzrə sammitdə dövlət başçısı Azərbaycanın nüvə təhlükəsizliyi sahəsində gördüyü işlər və qarşıda duran vəzifələrlə bağlı çıxış edəcək: "Bu sammitin ikinci tərəfdən əhəmiyyəti ondan ibarətdir ki, orada müxtəlif görüşlər, danışıqlar olur. Həmin danışıqlar nəticəsində də, ikitərəfli münasibətlərin inkişafı ilə bağlı irəliyə addımlar atılır".
N. Məmmədov bildirib ki, bütün bu məsələləri nəzərə alaraq Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona səfərinin böyük əhəmiyyəti var.