Bu ilin aprel ayında Rusiya, Azərbaycan və İran xarici işlər nazirləri - Sergey Lavrov, Elmar Məmmədyarov və Məhəmməd Cavad Zərifin Bakıda görüşü olacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Qriqoriy Karasin TASS agentliyinə müsahibəsində deyib. Onun sözlərinə görə, hazırda görüşün detalları üzərində işlənilir.