MDB ölkələrinin baş qərargah rəisləri bu gün Minskdə toplaşacaqlar.
Teleqraf.com “Ria Novosti”yə istinadən xəbər verir ki, onlar 2020-ci ilə qədər hərbi əməkdaşlıq və 2017-ci ildə silahlı qüvvələrin birgə fəaliyyət konsepsiyalarının reallaşdırılmasını müzakirə edəcəklər.
Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilir ki, görüşdə hərbi əməkdaşlığın müxtəlif istiqamətləri üzrə 11 məsələ müzakirəyə çıxarılacaq: “İclasın gedişatında 2020-ci ilədək MDB ölkələrinin hərbi birliklərinin əməkdaşlıq konsepsiyasının reallaşdırılması və 2017-ci ildə MDB dövlətlərinin silahlı qüvvələrinin birgə tədbirlər keçirilməsinə xüsusi diqqət ayrılacaq”.
Komitənin işində Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstanın, Rusiya və Tacikistanın nümayəndə heyətləri iştirak edəcək.
Nərgiz