Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin xarici işlər nazirlərinin görüşü iyulun 1-də Soçidə keçiriləcək.
Teleqraf.com-un xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Toplantıda Rusiyanın QDİƏT-ə sədrliyi dövründə fəaliyyətinin nəticələri müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, 1999-cu ildə yaradılan QDİƏT-ə 12 dövlət - Azərbaycan, Rusiya, Türkiyə, Ukrayna, Albaniya, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldaviya, Rumıniya, Serbiya və Ermənistan daxildir.
Nərgiz