30 Mart 2016 11:40
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) təsisçilərindən Hüseyn Məlik, Tofiq Yaqublunun Müsavat Partiyası sıralarından uzaqlaşdırılacağını bildirib.

Teleqraf.com-un xəbərinə görə, bu haqda ADR Hərəkatının funksioneri Feysbuk səhifəsində qeyd edib. Bildirib ki, Tofiq Yaqublu həbsxanadan çıxandan sonra təmsil olunduğu Müsavat Partiyası ilə AXCP-ni barışdırmağa, bu iki partiya arasındakı münasibətlərin yaxınlaşmasına təşəbbüs göstərəcəyini bəyan edir: “Hesab edirəm ki, Tofiq Yaqublu bu iki partiyanın bir-birindən uzaq düşmə səbəblərini yaxşı bilir. İctimai Palatanın dağıdılması, Milli Şuranın dağıdılmasına yönəlik fəaliyyət və başqa səbəblər var, faktorlar yetərincədir.

Mən Müsavat Partiyasında olduğum zaman bu partiyaların yaxınlaşmasına yönəlik müəyyən işlər görmək istədim. Ancaq ciddi təpkilərlə qarşılandım. Düşünürəm ki, Tofiq Yaqublunun bu xoş niyyətli fəaliyyəti onun Müsavat Partiyasından uzaqlaşdırılması ilə nəticələnəcək. Bu gün Müsavat Partiyasında şəxsi təşəbbüskarlıq rəhbərlik tərəfindən partiyaya xəyanət kimi qiymətləndirilir”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər