Bu gün müxalifət partiyalarının birləşdiyi Anti-böhran Koalisiyasının iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, Koalisiya nümayəndələri mart ayında bir qrup məhbusun azadlığa buraxılmasını pozitiv hadisə kimi dəyərləndirib.
Bundan başqa, konfrans hazırlanmasının konseptual və təşkilati-texniki məsələləri müzakirə edilib.
Qərara alınıb ki, konfransın konkret vaxtı və yerinin müəyyən edilməsi sonrakı iclasa saxlansın. Həmçinin koalisiyada mitinq komitəsinin işinin gücləndirilməsi tapşırılıb.
Toplantıda “Kredit tətili haqqında” qanunvericililik xarakterli sənədin hazırlanması barədə məlumat dinlənilib. İşin davam etdirilməsi məqsədəuyğun sayılıb. İclasda Anti-böhran Koalisiyasının işinin təkmilləşdirilməsi üçün katibliyin yaradılması məqsədəuyğun sayılıb.
31 mart 2016- cı il tarixdə saat 14:00–da türk-müsəlman soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi üçün Şəhidlər Xiyabanının ziyarət edilməsi qərara alınıb.
Nemət