5 Aprel 2016 13:21
1 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nyu York Azərbaycan-Amerika Qadın Cəmiyyəti və Nyu York Azərbaycan Evi Ermənistanın Azərbaycana qarşı törətdiyi son hərbi təxribatlarla əlaqədar bəyanat yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a daxil olan bəyanatda ermənilərin uzun illərdir azərbaycanlılara qarşı həyata keçirdiyi təcavüzkarlıq siyasəti pislənilib və bildirilib ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmalıdır.

Bəyanatda həmçinin, Ermənistan silahlı bölmələrinin Azərbaycan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində mütəmadi atəşkəs rejimini pozması nəticəsində mülki əhaliyə və onların əmlaklarına ciddi ziyan vurulduğu da diqqətə çatdırılıb. O cümlədən, Ermənistanın Azərbaycan ərazilərində tarixən törətdiyi soyqırımlar və təcavüzkarlıq aktları haqqında da məlumat verilib.

Bəyanatda BMT-nin işğalçı Ermənistanla bağlı qəbul etdiyi 4 qətnaməsinin hələ də yerinə yetirilmədiyi, işğalçı dövlətin beynəlxalq ictimaiyyət tərəfindən qınağa çəkilmədiyi vurğulanıb.Həmçinin, Nyu York azərbaycanlıları adından Azərbaycan xalqına dəstək ifadə olunub.

Səxavət


Müəllif:

Oxşar xəbərlər