6 Aprel 2016 10:48
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müvəqqəti atəşkəs Ermənistan prezidenti ilə yanaşı Minsk Qrupu həmsədrlərinə də ciddi təzyiq vasitəsidir. Çünki həmsədrlərə aydındır ki, daha bölgəyə turist kimi səfərlər, uzun-uzadı mənasız danışıqlar dövrü bitdi, Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını sürətləndirmək lazım gələcək”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

Analitik qeyd edib ki, həmsədrlərin başqa alternativi yoxdur: “ABŞ-ın Minsk Qrupundakı həmsədri Ceyms Uorlik təxminən il yarımdır ki, açıqlamalarında Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması zərurətindən danışır. İndi onun dövrüdür. Əgər bu dediyinə rusiyalı və fransalı həmsədri də inandıra bilsə və Vaşinqton Kremlin etirazı ilə üzləşməsə, Serj Sərkisyanın qeyd-şərtsiz 5 rayonu azad etməkdən başqa çarəsi qalmayacaq. Əks halda nələrin baş verəcəyini hamı yaxşı anlayır”.

Bəkir


Müəllif:

Oxşar xəbərlər