Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Azərbaycana dəstək olduğunu bildirib.
Teleqraf.com-un məlumatına görə, Odessa qubernatoru 2012-ci ildə Azərbaycan Milli Məclisində çıxışını öz "facebook" səhifəsində yerləşdirməklə Azərbaycanın yanında olduğunu nümayiş etdirib.
O, çıxışında Azərbaycan dilində "Bir kərə yüksələn bayraq, bir daha enməz" deyə Azərbaycanı dəstəkləyib.