Politoloq Elxan Şahinoğlu Sərkisyanın Berlindəki bəyanatlarına ironik münasibət bildirib. Teleqraf.com-un xəbərinə görə, E.Şahinoğlu bu barədə sosial şəbəkədə qeyd edib:
“Ermənistan prezidenti Serj Sərkisyan dünən Berlində özündən razı halda dedi ki, silahlanmada və ağır hərbi texnikada Azərbaycandan geri qalsalar da, guya fərdi savaşda bizdən üstündürlər. İkinci Dünya Müharibəsində yaponlar qədər canlarını fəda edən döyüşçülər yox idi, çox ərazilər işğal etmişdilər.
Kamikadzelik də məhz yaponların ixtirasıdır. Ancaq Amerikanın Yaponiyanın iki şəhərinə nüvə bombası atması kifayət etdi ki, Tokio təslim olsun və kamikadzelik bir işə yaramasın. İndi Sərkisyan da öz döyüşçülərinin "hünəri" haqqında nə qədər çox danışsa da, özünün də etiraf etdiyi kimi Azərbaycanın müasir raketlərinin uzaq hədəfləri dağıtması yetər ki, real vəziyyətin onlara nə vəd etdiyini anlasın”.
Bəkir