7 Aprel 2016 13:20
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:31

Bakıda Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov, Rusiya XİN rəhbəri Sergey Lavrov və İran XİN rəhbəri Cavad Zərif arasında üçtərəfli görüş başlayıb.

Axar.az xəbər verir ki, görüş "Feyrmont" otelində keçirilir.

Görüşdə tərəflər arasında Dağlıq Qarabağda baş verən hadisələr və Xəzər dənizinində əməkdaşlıq məsələləri müzakirə olunur.

Nazirlərin görüşdən sonra mətbuata açıqlaması gözlənilir.

***

“Sizə də məlum olduğu kimi, XİN səviyyəsində ilk üçtərəfli görüş keçirdik. Görüşün ideyası Tehranda yaranmışdı. Cənab İlham Əliyev Vladirmir Putinlə əlaqə saxladı və o da üçtərəfli görüşə razılıq verdi. Bu görüşün keçirilməsində məqsəd şimal-cənub dəhlizinin inkişafını gücləndirməkdir. Dəmiryolu şəbəkəsi əlaqələrinin yaradılması haqda bu ayın 20-si İran və Azərbaycan arasında Astara dəmiryolu korpusunun tikilməsi ilə bağlı dəyirmi masa keçiriləcək. Rəştdən Astaraya qədər ikinci bir dəmiryolu ideyası da müzakirə olunur və Rusiya da bu işdə maraqlıdır.

Biz mütəşəkkil cinayətkarlıq, terrorizm, qaçaqmalçılıqla bağlı nazirliklər səviyyəsində üçtərəfli əməkdaşlıq etməyi qərara aldıq. Xəzər dənizi də müzakirə olundu. Hamımız belə hesab edirik ki, Xəzərin statusu məsələsinin həlli regionda sülhə səbəb ola bilər”, - bu sözləri görüşdən sonra təşkil edilən mətbuat konfransında Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov mətbuata açıqlamasında deyib.

***


Rusiya Xarici İşlər naziri Sergey Lavrov isə çıxışına Azərbaycana minnətdarlıqla başlayıb:

“Bu yeni formata görə Azərbaycana minnətdaram. Təşəbbüs 3 prezident tərəfindən irəli sürülüb. İlkin mərhələdə XİN rəhbərləri görüşdü.

Görüşdə iqtisadiyyat, energetika, nəqliyyat, siyasi təhlükəsizlik məsələləri müzakirə olundu. Terrorla, qaçaqmalçılıqla, narkotiklə mübarizdə bizim birləşməyimiz üçün əsas şərtdir. Əgər mübarizəmiz effekti olsa, 3 tərəfin iştirakı ilə daha yüksək səviyyədə görüş olacaq. Görüşdə Qarabağ problemini də müzakirə etdik. Putin Azərbaycan və Ermənistan arasında atəşkəsin əldə olunmasından məmnunluğunu bildirib. Sabah Medvedyev Bakıda olacaq və bu istiqamətdə danışıqlar aparacaq. Sözsüz ki, təmas xəttində qarşı tərəflərin bir-birinə etibar etməsi çox vacibdir. Bu, ATƏT-in Minsk Qrupu səviyyəsində müzakirə olundu. Rusiya həm Ermənistanın, həm də Azərbaycanın dostu kimi münaqişənin həlli yollarını axtaracaq”.


Müəllif:

Oxşar xəbərlər