7 Aprel 2016 12:29
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Madrid Klubu erməni hərbi qüvvələrinin Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində azərbaycanlıların yaşadığı kəndləri atəşə tutması nəticəsində dinc sakinlərin həlak olması barədə bəyanat yayıb.

Bəyanatda Azərbaycanın Dağlıq Qarabağ regionunda baş verən hadisələrlə bağlı narahatlıq ifadə olunur, insident zamanı həlak olan və yaralanan şəxslərin ailələrinə başsağlığı verilir.

Madrid Klubu tərəfləri atəşkəs rejiminə ciddi əməl etməyə, gələcəkdə vəziyyətin kəskinləşməsinə səbəb ola biləcək istənilən növ fəaliyyətdən çəkinməyə çağırır.

“ABŞ dövlət katibinin də söylədiyi kimi, təmas xəttində mövcud qeyri-stabil vəziyyət onu göstərir ki, tərəflər münaqişənin hərtərəfli həlli üçün dərhal ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında danışıqlar aparmalıdır”, – deyə bəyanatda bildirilir.

Madrid Klubu hesab edir ki, münaqişənin hərbi yolla həlli yoxdur, o cümlədən Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin də dediyi kimi, münaqişənin sülh yolu ilə həllinin Avropa İttifaqının prioritet məsələsi olmasını müsbət qiymətləndirir və hər iki tərəfin münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri və Madrid prinsipləri əsasında sülh yolu ilə həlli istiqamətində səylərinin yenilənməsinə ümid edir.

Səxavət


Müəllif:

Oxşar xəbərlər