16 İyun 2014 10:57
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cənubi Qafqazda mövcud olan münaqişələri, çağırışları aradan qaldırmaq üçün ilk növbədə qarşılıqlı etimada əsaslanan, ikili standartlardan azad olan əməkdaşlığı inkişaf etdirmək lazımdır".

Teleqraf.com Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda NATO Parlament Assambleyasının (PA) "Cənubi Qafqaz: Çağırışlar və imkanlar" mövzusunda keçirilən 86-cı Rouz-Rout seminarının açılışında Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov deyib.

Bu seminarın Cənubi Qafqazdakı mövcud problemlərin həllinə öz təsirini göstərəcəyinə ümid etdiyini deyən parlament sədri Ermənistan Respublikasının silahlı təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edildiyi və nəticədə 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün düşdüyü barədə də məlumat verib. Beynəlxalq təşkilatların, o cümlədən BMT TŞ, Avropa Şurasının, Avropa Parlamentinin Azərbaycan ərazilərinin boşaldılmasını tələb edən qətnamələr qəbul etdiyini xatırladan O.Əsədov NATO-nun zirvə görüşlərində Azərbaycanın ərazi bütövlüyünə birmənalı mövqe nümayiş olunduğunu deyib: "Biz ümumən Avro-Atlantik məkanda sülh və təhlükəsizliyin qorunmasında, münaqişələrin aradan qaldırılmasında əməkdaşlığa hazırdır".

Azərbaycanın NATO ilə sıx əməkdaşlıq etdiyini, NATO-nun müxtəlif tədbirlərində, o cümlədən sülhü dəstəkləmə əməliyyatlarında fəal iştirak etdiyini deyən spiker qeyd edib ki, Azərbaycan bu alyansla möhkəm əməkdaşlığın tərəfdarıyıq. O, həmçinin hazırda Azərbaycanın enerji təhlükəsizliyi məsələsində də Avropanın sıx tərəfdaşı olduğunu vurğulayıb.

Sonda parlament sədri seminar işitrakçılarında İraqda terrorçular tərəfindən Türkiyə diplomatlarının girov götürülməsinə də münasibət bildirilməsini xahiş edib.


Müəllif: