Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Bakı şəhər təşkilat komitələrinin sədrlərinin növbəti toplantısı keçirilib.
Teleqraf.com xəbər verir ki, ADR Hərəkatı icra aparatı rəhbəri İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən toplantıda görülən işlər və qərarların icrası, ictimai-siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə edilib.
İctimai-siyasi vəziyyət haqqında Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu məruzə edib.
Tədbirdə ölkədə baş vermiş ictimai-siyasi proseslər haqqında fikir mübadiləsi aparılıb, Qarabağ ətrafında gedən döyüşlərdə həlak olan şəhidlərimiz anılıb, vətən yolunda şəhidlik zirvəsinə yüksəlmişlərin ailəsinə başsağlığı verilib, yaralılara şəfa tapmaları arzu edilib.
Cavidan