8 Aprel 2016 17:12
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublikaçı Alternativ Hərəkatının (REAL) Konseptual məsələlər üzrə katibi Erkin Qədirli orduların qələbə əzmindən yazıb.

Teleqraf.com xəbər verir ki, REAL nümayəndəsi son hadisələrlə bağlı tarixi analogiya aparıb:

“1940-cı ildə Almanlar Londonu bombalayırdılar. Britaniyada ruh düşkünlüyü yaşandı. Britaniyanın Baş Naziri Çörçil göstəriş verdi ki, Berlini bombalamaq üçün bombardmançılar göndərilsin. Bu göstəriş Britaniya generallarını çox təəccübləndirdi və onlar buna qarşı çıxdılar (mümkün görülmürdü). Amma Çörçil israr etdi. Berlinə yalnız iki bombardmançını göndərə bildilər. Almanlar Britaniya bombardmançılarını şəhərin üstündə vurdular (pilotlar öldü). Berlinə cəmi bir neçə bomba düşə bildi. Amma Britaniyada ruh yüksəkliyi yaşandı, cəmiyyət toparlandı və Almanların növbəti hava hücumu dəf edildi. Ondan sonra Almanlar Londonu bir daha bombalamaladılar.

1941-ci ilin dekabrında Yaponlar ABŞ-ın Pearl Harbor hərbi limanına hücum etdilər, orada yerləşmiş donanmanın önəmli hissəsini batırdılar. Amerikada ruh düşkünlüyü yaşandı. Ruhu yüksəltmək üçün, Prezident Ruzvelt Tokionu bombalamaq göstərişini verdi. Amerikan generalları buna qarşı çıxdılar (mümkün görülmürdü). Amma Ruzvelt israr etdi. 1942-ci ilin aprelində Amerikanlar məşhur "Dulitl Basqını" (Doolitle Raid) adlı əməliyyat keçirdilər. Tokioya çox az bomba düşə bildi, təyyarələrin çoxu vuruldu, qalanları Çində enməli oldu. Pilotların hamısı ya öldü, ya əsir düşdü. Amma Amerikada ruh yüksəlişi yaşandı, cəmiyyət toparlandı …

Ordu qələbəni dadmalıdır. Düşmən ona hər an ağır zərbə vurula biləcəyindən qorxmalıdır. Toplumda ruh yüksəlişi önəmlidir. Ordumuzun son döyüşlərdə Füzuli və Tərtər istiqamətlərində strateji yüksəklikləri almasının önəmi yalnız hərbi deyil, həm də milli ruhun yüksəlişi baxımdan böyükdür”.

Bəkir


Müəllif:

Oxşar xəbərlər