8 Aprel 2016 17:34
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son 5 ildə demək olar ki, danışıqlar aparılmayıb”

"Dağlıq Qarabağ münaqişəsinin həllində ən böyük problem erməni qoşunlarının Azərbaycanın işğal altındakı torpaqlarında olmasıdır".

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın "Vestnik Kafkaza" saytına müsahibəsində deyib.

MDB Xarici İşlər Nazirləri Şurasının iclasında Dağlıq Qarabağ mövzusunun müzakirəsi barəsində danışan Elmar Məmmədyarov birlik üzvü olan dövlətlərin bu problemə göstərdiyi diqqəti yüksək qiymətləndirib. O bildirib ki, Azərbaycan bu münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır:

"Hərbi əməliyyatlar çox sayda dinc sakin və hərbçilərin ölümünə səbəb olub. Bizi əsasən, dinc sakinlərin həyatını itirməsi narahat edir. Digər tərəfdən Azərbaycan əhalisi işğal olunmuş torpaqlardan qovulub. Bu ərazilərdə etnik təmizlənmə işləri aparılıb. Mənə məlumdur ki, hazırda bu ərazilərdə yalnız erməni hərbçilərin ailələri yaşayır. Biz yenilənmiş Madrid prinsiplərindən imtina etmirik. Ötən ilin yayında Sergey Lavrov Madrid prinsiplərinə dair yanaşmasını təqdim edib. Sizə deyim ki, onun tərəfindən kifayət qədər ağıllı təkliflər səslənib. Onlar yazılı formada təqdim edildi və biz rəsmi cavab verdik. Biz gözləyirdik ki, yanvarda irəliləyişlər olacaq. Ancaq üçtərəfli görüşdə Ermənistan tərəfi bundan imtina etdi. Dünən biz bu bəndləri bir daha müzakirə etdik. Hazırda ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən hazırlanmış 6 bənddən ibarət sənəd ölkələrin prezidentləri səviyyəsində müzakirə olunur".

Nazir əlavə edib ki, Azərbaycan Rusiya tərəfinin təşəbbüsü ilə danışıqlar prosesinin sürətli inkişafı ideyasını alqışlayır: "Etiraf etmək lazımdır ki, son 5 ildə danışıqlar prosesi demək olar ki aparılmayıb. Danışıqlar Dmitri Medevdevin prezident olduğu dövrdə daha maraqlı idi və təəssüf ki bundan sonra proses "dondurulub". Düşünürəm ki, biz danışıqlarda nə qədər tez irəli gedə bilsək, bir o qədər yaxşıdır. Hamıya aydındır ki, hazırki status-kvou qəbuledilməzdir. Birinci növbədə Ermənistan dərhal Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmalıdır. Əks halda gərginliyin aradan qaldırılması haqqında necə danışmaq olar?"

Samir


Müəllif:

Oxşar xəbərlər