9 Aprel 2016 22:24
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Donetsk vilayətinin hərbi-mülki administrasiyasının başçısı Pavel Jebrivski hesab edir ki, ölkəsi bu gün Rusiya ilə açıq döyüşə hazır deyil.

Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın “112 Ukrayna” telekanalına müsahibəsində P.Jebrivski deyib. “Biz bu gün hələlik Rusiya ilə açıq döyüş əməliyyatları aparmağa hazır deyilik”, – deyə P.Jebrivski özünün KİV-də yayımlanan müsahibəsini şərh edərkən deyib.

Qeyd edək ki, administrasiya rəhbərinin az öncə KİV-lərdə yayımlanan müsahibəsində guya onun Donbası tezliklə hərbi yolla azad etməyə çağırış etdiyi bildirilib. Jerbivski qeyd edib ki, ondan gətirilən sitat “xeyli dərəcədə qeyri-korrektdir”.

Administrasiya rəhbəri deyib: “Şəxsən mən özüm döyüşməyə hazıram, amma Ukrayna buna hazırdırmı? Əsas məsələ budur. Biz dinc insanların həlak olmasını və sair halları dərk etməyə hazırıqmı? Prinsipcə, bizim qarşımızda qoyulan ssenari – Donbasda seçkilərin keçirilməsi, xarici əlaqələrə məhdudiyyət tətbiq edilməməsi, ATƏT-in təhlükəsizlik qüvvələrinin bölgəyə yerləşdirilməsi faktiki olaraq bütün Donetsk vilayətinin “rus dünyası”na sürüklənməsi deməkdir. Odur ki, digər variant seçməliyik. Digər variant isə silahlı qarşıdurmadır. Amma mən fikirləşirəm ki, bu gün biz hələlik Rusiya ilə açıq döyüşə hazır deyilik. Məsələn, mən öz həyatımı riskə atmağa hazıram. Amma başqa insanların, o cümlədən mülki şəxslərin həyatını riskə atmağa hazır deyiləm. Hərbi yolla məsələni həll edəcəyimiz təqdirdə müharibədə olduğu kimi çoxsaylı insanlar, o cümlədən dinc sakinlər həlak olacaq: “Odur ki, hazırda müharibəyə hazır deyiləm”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər