9 Aprel 2016 23:00
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Danışıqlar masasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair heç bir yeni sənəd yoxdur. Sadəcə, tərəflərin müzakirə etdikləri həmsədrlərin təklifləri var”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ATƏT-in Minsk Qrupu">ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov bildirib. O, üç əsas prinsip və altı elementə əsaslanan bir neçə versiyanın olduğunu əlavə edib.

Popov Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının üç prinsipi xatırladıb: gücdən istifadə etməmə, millətlərin öz müqəddəratını müəyyən etmə hüququ və ərazi bütövlüyü. Altı elementə gəlincə isə Popov deyib: “Altı elementdən iki ən əsası torpaqların qaytarılması və Dağlıq Qarabağın statusunun həllidir, və ya əksinə, Dağlıq Qarabağın statusunun həlli və torpaqların qaytarılmasıdır. Bu iki məsələ bir yerdədir, vahiddir”.

“Elementlərə həmçinin qaçqınların qayıtması, Ermənistan və Dağlıq Qarabağı birləşdirəcək koridorun eni və statusu daxildir”, - deyə Popov bildirib.

Sülhməramlıların münaqişə zonasında yerləşdirilməsi məsələsinə gəlincə isə, rusiyalı həmsədr sülhməramlı əməliyyatın yekun mərhələdə, yəni sülh sazişi imzalandıqdan sonra nəzərdə tutulduğunu bildirib.


Müəllif:

Oxşar xəbərlər